Məscid imamını döyüb öldürdülər - İngiltərədə

22-02-2016, 13:03           

İngiltərənin Greyt Mançester bölgəsində xidmət edən Banqladeş əsilli Cəlaləddin adlı məscid imamı, naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Avropa.info xəbər verir ki, üç nəfər naməlum şəxs tərəfindən döyülən yaşlı məscid imamı başından aldığı zərbələr səbəbiylə dünyasını dəyişib.

Bölgənin Roçdal qəsəbəsində cümə axşamı bir dostunun evinə qonaq gedən Cəlaləddin evinə qayıdarkən hücuma məruz qalıb və dərhal xəstəxanaya yerləşdirilib.

Roçdal Yerli Məclisinin üzvü Əli Əhməd öldürülən imamın çox yaxşı insan olduğunu, və heç kimə bir zərəri dəymədiyini söyləyib.

İngilis mətbuatı təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə həmin şəxslərin şəxsiyyətinin müəyyən edilə bilmədiyini, polisin cinayətkarları axtardığını yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.