PYD Rusiyanı hədələdi - "Ciddi tədbirlər görüləcək"
22-02-2016, 22:11
PKK terror təşkilatının Suriya qolu olan PYD rus təyyarələrinin təşkilatın mövqelərini vurmasından sonra Rusiyanı hədələyib.
Avropa.info xəbər verir ki, Rusiyanın PYD-nin düşərgəsini səhvən bombardman etməsində sonra təşkilat buna bənzər hadisənin təkrarlanacağı təqdirdə ciddi tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın döyüş təyyarələri Suriyada mülki şəxslərin yaşadığı əraziləri bombardman edərkən yanlışlıqla YPG-nin qadın qolu olan YPJ-nin düşərgəsini yerlə bir edib. Verilən açıqlamalar vurulan düşərgənin YPG üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərir.
Çoxlu sayda itki verən YPG-də böyük bir qarışıqlıq yaşanıb. YPG dərhal bir açıqlama verərək Rusiyanı hədələyib, buna bənzər bir hadisənin yenidən baş verəcəyi təqdirdə çox ciddi tədbirlərə əl atacağını və əlaqələrin kəsiləcəyini bildirib.
Rusiya isə öz növbəsində YPG-dən üzr istəyərək pilotlara verilən koordinatlarda bir yanlışlıq olduğunu bildirib.