ABŞ təyyarələri Suriyada Rakka şəhərinin şimalında PKK-nın da olduğu Ayn İsa qəsəbəsini vurub.
Avropa.info xəbər verir ki, Ayn İsa qəsəbəsinə səkkiz hava hücumu təşkil edilib. ABŞ tərəfindən yayılan açıqlamada hücum əsnasında PKK-nın səhvən vurulduğu bildirilib.
Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Rakkada İŞİD-i bombalayır.