4 yaşında ömürlük həbs olundu...
23-02-2016, 09:54
Misirdə yaşayan bir uşaq iki yaşında ikən törətdiyi iddia edilən əməllərə görə ömürlük azadlıqdan məhrum edilib.
İngiltərənin “The Mirror” qəzetinin xəbərinə görə, 4 yaşlı Əhməd Mansur Karni haqqındakı iddialar belədir: 4 cinayət, 8 cinayətə təşəbbüs, Səhiyyə Nazirliyinə məxsus binalara zərər vermək, əsgər və polisləri təhdid etmək, təhlükəsizlik xidmətinə məxsus maşınlara ziyan vurmaq. Maraqlıdır ki, Əhməd bu əməllərin hamısını 2 yaşı olarkən törədib. Bu əməllərə görə Karni məhkəməyə çıxarılıb. Uşaq haqqında qərar verildikdən sonra ailəsi onun doğum kağızını məhkəməyə təqdim edib. Buna baxmayaraq, uşaq haqqında verilən ömürlük həbs cəzası qüvvədə qalıb. Vəkil Məhəmməd Əbu Hurisa “bu məhkəmə Misirdə ədalət olmadığını göstərir. Misir bir qrup dəli tərəfindən idarə edilir” deyə açıqlama verib.
Əslində isə 4 yaşlı uşaq eyni ad-soyadı daşıyan yetkin bir insanın əvəzinə mühakimə olunub.