Dəyəri 10 milyon olan sikkə

23-02-2016, 09:58           
Dəyəri 10 milyon olan sikkə
Estoniyanın paytaxtı Tallin şəhərindəki tarix muzeyində dünyanın ən bahalı sikkəsi sərgilənəcək.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-da basılmış 1 dollarlıq gümüş puldur. Onun dəyəri hazırda 10 milyon dollar həcmində qiymətləndirilir. 1794-cü ildə buraxılmış sikkə “Flowing Hair” adlanır və üzərində Azadlıq ilahəsinin rəsmi əks olunub. 1974-cü ildə bu sikkə 1250 dollara satılıb, 2013-cü ildə isə onu amerikalı iş adamı Brüs Morelan alıb. Vaxtilə 1 dollar kimi tədavüldə olmuş bu pul Tallindən savayı daha 8 Avropa paytaxtında sərgilənəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.