Bin Ladenin qardaşı qızı “Tramp qalib gəldi” yazılı plakatla ABŞ-Rusiya sammitinə etiraz edib

17-06-2021, 07:50           
Bin Ladenin qardaşı qızı
“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin qardaşı qızı Nur bin Laden Cenevrədə əlində “Tramp qalib gəldi” yazısı olan plakatla bir qayıqda görünərək Rusiya-ABŞ sammitinə etirazını bildirib.

APA xəbər verir ki, bu barədə “Recount” xəbər resursu məlumat yayıb.

Bin Ladenin qardaşı qızının “Tramp qalib gəldi” yazılı plakatı tutduğu videogörüntüsü xəbər resursunun “Twitter” səhifəsində ortaya çıxıb.

“Hill” qəzeti yazır ki, Nur bin Laden artıq bir neçə gündür ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin də görüşdüyü Cenevrədə etirazını bildirib, onun fikrincə, sabiq prezident Donald Tramp 2020-ci ildə ABŞ-da prezident seçkilərində qalib gəlib.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qızı asayişi pozduğuna görə həbs edə biləcəklərini deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru