“ABŞ-ın nə əldə etdiyini anlamıram” - Prezidentlərin görüşündən danışdı 17-06-2021, 09:12 ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Cenevrədə keçirilən Rusiya-ABŞ sammiti Vaşinqton üçün deyil, Moskva üçün uğurlu olub.Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.“Düşünürəm ki, ümumilikdə, biz heç nə əldə etmədik”, - Tramp “Fox News” telekanalının efirində deyib.“Hesab edirəm ki, Rusiya üçün yaxşı gün idi, bunun nəticəsində nə əldə etdiyimizi anlamıram”, - o əlavə edib. Facebook-da paylaş