Putindən NÖVBƏTİ TƏLƏB: Onlara tapşırıq verib Türkiyəyə göndərdi

18-06-2021, 06:23           
Putindən NÖVBƏTİ TƏLƏB:
Rusiya Federasiyasından Türkiyədəki tətil bölgələrində gigiyenik və epidemiyolojik vəziyyəti yerində araşdırmaq məqsədiylə göndərilən heyət Antaliyada işlərinə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber məlumat yayıb.

Türkiyə Turizm Təqdimat və İnkişafetdirmə Agentliyindən (TGA) verilən məlumata görə, heyətin hazırlayacağı hesabat Rusiya ilə Türkiyə arasındakı turizm uçuşlarının başladılması qərarında təsirli olacaq.

17 iyun səhəri Antaliyaya çatan və ilk araşdırmalarını Antaliya Havalımanı ilə iki oteldə edən heyət Antaliyada Etibarlı Turizm Sertifikatı almış istirahət mərkəzlərinə baş çəkəcək, sektor nümayəndələri və ictimaiyyətlə görüşüb məlumat əldə edəcəklər.

Heyət hesabatının bu həftə açıqlanması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru