Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru: - “Tramp seçilsə hərbçilər qiyam qaldıracaq...”

29-02-2016, 22:23           
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru: - “Tramp seçilsə hərbçilər qiyam qaldıracaq...”
ABŞ Mərkəzi Kəşfyyat İdarəsinin keçmiş direktoru Maykl Hayden bildirib ki, respublikaçıların namizədi Donald Tramp prezident seçilsə hərbçilər onun əmrlərini yerinə yetirməkdən imtina edə bilər.

Virtualaz.org xəbər verir ki, Hayden bu sözləri telekanallardan birinin efirində tok-şou zamanı deyib. Onun sözlərindən “The Washington Post” qəzeti sitat gətirir.

“Əgər prezident Tramp ölkəni özünün seçkiqabağı ifadələri ilə harmoniya təşkil edən stildə idarə etsəydi mən özüm bundan çox həyacan keçirərdim”-keçmiş MKİ direktoru deyib.

Maykl Hayden Donald Trampın işgəncə metodları kimi suda boğmaya haqq qazandıran son çıxışından sitat gətirib. Tramp deyib: “Mənə deməyin ki, işgəncə metodları terrorçuluqda şübhəli bilinən şəxslərdən informasiya almaq üçün işə yaramır. İşgəncələr...inanın ki, işə yarayır”.

Tramp habelə çıxışlarında dəfələrlə deyib ki, ABŞ hakimiyyəti terrorçuların qohumlarını öldürməlidir. Çünki terrorçular öz həyatlarına qiymət verməsələr də yaxınlarının həyatına görə narahat olurlar. Hayden Trampın bu kimi bəyanatlarını “ən təhlükəli” adlandırıb. “Əgər o, belə əmr versə Amerika silahlı qüvvələri tabe olmaqdan imtina edərdi. Çünki qanunsuz əmrləri yerinə yetirmək olmaz. Bu, silahlı münaqişələr haqda bütün beynəlxalq qanunların pozulması demək olardı”-keçmiş MKİ direktoru deyib.

Milyarder Donald Tramp hazırda respublikaçıların prezidentliyə ən reytinqli iddiaçısıdır və bir neçə ştatda ilkin seçkini udub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.