Kremldən Kadırovla bağlı açıqlama: "Hələ ki gözləmək lazımdır..."

29-02-2016, 23:34           
Kremldən Kadırovla bağlı açıqlama: "Hələ ki gözləmək lazımdır..."
Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun gələcək taleyi ilə bağlı indidən müzakirə açmağın doğru olmadığını bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovun səlahiyyət müddətinin başa çatmasını gözləməyi tövsiyə edib: «Hələ ki gözləmək lazımdır. Kadırovun öz istəyilə gedib-getməyəcəyi bizə aid mövzu deyil. Biz prezident Putinin qiymətləndirməsini və qərarlarını əsas götürürük».

Kadırovsuz Çeçenistanın Rusiyaya nə vəd etdiyi barədə sualı isə Peskov belə cavablandırıb: «Çeçenistanda vəziyyət Rusiyanın digər bölgələrindən fərqlidir ki? Orada da hər şey digər regionlarda olduğu kimidir. Çeçenistanın Rusiya Federasiyasının bir parçası olduğunu unutmayaq. Orada da Rusiyanın qanunları işləyir».

Xatırladaq ki, fevralın 27-də NTV kanalına müsahibəsində Ramzan Kadırov bildirmişdi ki, prezident postundan getməyinin vaxtı çatıb: «Mənim vaxtım artıq keçib. Hər insanda bir hədd var. İndi adımdan xalqa qarşı istifadə olunmaması üçün dövlət mənim yerimə birini tapmalıdır».

Kadırov bildirib ki, prezidentlikdən gedəndən sonra ailəsi və şəxsi həyatı, həmçinin İslamın öyrənilməsi ilə məşğul olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.