"Hizbullah"-ın qurucularından və ilk lideri olan Şeyx Suheyb Tufeyli:"Ey cahillər, siz müsəlmanları bombalayan rusların sadə əsgərlərisiniz"
1-03-2016, 01:30
"Hizbullah" silahlı qruplaşmasının qurucularından və ilk lideri olan Şeyx Suheyb Tufeyli "Hizbullah"ı və İranı Suriya məsələsinə görə sərt şəkildə ittoham edib.
Avropa.info xəbər verir ki, Livanın Baalbek şəhərində, dağlıq bölgədə sakit bir həyat sürən Tufeyli, Türkiyənin Anadolu Agentliyinin suallarını cavablandırıb.
Tufeyli Rusiyanın Suriyanı işğal etdiyini bildirərək, "Hizbullah"ı Moskvaya dəstək verməkdə ittiham edib.
"Bu gün Suriyadakı uşaqları, qadınları, xəstəxanaları Rusiya bombalanıb, bir qrup çıxıb böyük bir sevinclə bunu müvəffəqiyyət olaraq görür. Ruslar gəlib bir müsəlman ölkəsini bombalayarkən bizim qızğın olmamız lazım deyil mi?"
Bu gün İslam dünyasındakı problemlərin məzhəb görüntülü siyasi problemlər olduğuna diqqəti çəkən Tufeyli, məzhəblərin gerçək strukturlarını itirdiyini qeyd edib.
"Şiəlik hərəkətinin məzlumun yanında olmaq, zalıma qarşı çıxmaqdır. İran və hazırkı "Hizbullah" isə şiəliydən siyasi çıxarları və hiylələri üçün istifadə edir. Həzrəti Hüseynə görə ağlayanlar Hüseyn sevgisindən ağlamır, dünya sevgisindən ağlayır. Çünki o saxta gözyaşlarını dünyəvi əməlləri üçün, insanları aldatmaq üçün istifadə edirlər."
Şiə din adamı Tufeyli şiələrin Əsədin yanında deyil, məzlumların yanında olmalı olduqlarını vurğulayıb.
"Necə Malikidə daha çox malikici, Əsədin daha çox əsədçi olursunuz? İran Əsəd rejiminə Əsədin özündən daha çox bağlıdır. İran siyasi məqsədləri üçün, şiələri Həzrəti Hüseyn sevgisi ilə aldadır.
Əgər onlar gerçək inanan olsalar Quranı- Kərim Həzrəti Hüseyndən əvvəl də vardı və batil yerinə haqqın, zülm yerinə ədalətin yanında dayanmağı əmr edirdi. Bu gün Suriya rejiminə etiqad olaraq baxdığımızda məzhəbləri nə sünnidir, nə də şiə. Əsəd Allahdan qorxmayan qorxan zalım bir diktatordur. Siz nə adla bu adamı dəstəkləyə bilirsiniz?
Tufeyli "Hizbullah"ın Suriyadakı fəaliyyətini də tənqid edib." Hizbullah"ın Suriya böhranı başlayanda məsələyə müdaxilə etməmək qərarı verdiyini, ancaq daha sonra İrandan gələn əmrlə Suriyaya girdiklərini dilə gətirib.
Şiə din adamı "Hizbullah"ın Suriyadakı döyüşçülərinə müraciət edib.
"Siz ey cahillər! Bu gün Suriya ilə əlaqədar qərarları kim qərar verir? Sizmi ruslarmı? Kim masada oturub "bəli" ya da "xeyr" deyir? Sən qərarverici olan Rusiyanın əlində sadə bir əsgərsən."
Tufeyli bütün müsəlmanları cəmiyyət və fərd olaraq rus işğalına qarşı Suriya xalqını dəstəkləməyə çağırarıb.
teref.az