OPEK neft hasilatını azaltdı

1-03-2016, 02:21           
OPEK neft hasilatını azaltdı
Neft İxrac edən Ölkələr Birliyi (OPEK) fevral ayından etibarən neft hasilatını gündə 280 min barrel azaldıb.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, maksimal azalma İraqda müşahidə olunub.

Verilən məlumata görə, fevral ayının 17-dən sonra gücü gündə 600 min barrel qiymətləndirilən Şimali İraqla Türkiyəni birləşdirən neft xətti istifadəsiz qalıb.

Agentliyin iddialarına görə, bu göstərici martın ortasına qədər davam edəcək.

Qeyd edək ki, neftin istehsalının azalması Nigeriyada da müşahidə olunub. Buna səbəb yerli “Royal Dutch Shell” müəssisəsində və BƏƏ-də qəza və neft daşqınına görə bir sıra yataqların texniki xidmətinin bağlanmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.