Rusiyada soydaşımıza General-leytenant rütbəsi verildi
1-03-2016, 12:28
Bu gün şad bir xəbər bizləri sevindirdi:
Əslən azərbaycanlı olan,
uzun illər Rusiyada yaşayıb işləyən
general-mayor Ramiz Almazov
Rusiya prezidenti Vladimir Putinin
Fərmanı ilə
Daxili xidmət general-leytenantı
rütbəsinə layiq görülüb.
ZiM.Az-ın məlumatına görə,
o, DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır.
Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi,
Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini,
2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi
vəzifəsində çalışıb.
Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin
Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və
indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı.
Qeyd edək ki, Ramiz Çoban oğlu Almazov 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid -
indiki Gürcüstanın Dmanis rayonunundakı Dəllər (Dağ Dəlləri) kəndində anadan olub.
Evlidir, bir oğlu, bir qızı var...
Biz də dəyərli soydaşımızı ürəkdən təbrik edir və ona bundan sonra da yeni-yeni uğurlar arzulayırıq!...
teref.az