Azərbaycanlılar qənaətcil maşınlar, ermənilər isə “cip”lər alır - Rustavinin maşın bazarı

1-03-2016, 12:40           
Azərbaycanlılar qənaətcil maşınlar, ermənilər isə “cip”lər alır - Rustavinin maşın bazarı
Gürcüstanın məşhur Rustavi maşın bazarında Azərbaycan və Ermənistandan olan müştərilərin tələbləri arasında diametral fərqlər var .

Virtualaz.org xəbər verir ki, bunu bazarın baş direktoru Yevgeni Ustinov deyir. Onun sözlərinə görə, 2014-cü ildən Azərbaycan köhnə maşınların idxalına qadağa qoyduğundan Rustavi bazarında maşınlar kəskin ucuzlaşıb. Və bu Ermənistandan gələn müştərilərin işinə yarayıb.

Hazırda Azərbaycandan olan müştərilər nisbətən yeni və kiçik həcmli mühərrikli maşınlara, habelə dizel mühərriklərə üstünük verirlər. Çünki gömrük avro 4 standartına uyğun olmayan maşınları ölkəyə buraxmır. Ermənistan vətəndaşları isə iri mühərrikli maşınlar axtarır. Çünki Ermənistanda Azərbaycandakı kimiməhdudiyyət yoxdur.

“Dəfələrlə görmüşəm ki, Ermənistandan gələnlər böyük mühərrikli maşın axtarırlar. Əgər X5 axtarırlarsa deməli 4.4 litrlik mühərrik olmalıdır, əgər Toyota və ya Lexus axtarırlarsa 4.7 litrlik mühərrik istəyirlər. Deyirlər ki, lap köhnə olsun, ancaq mühərrik güclü olsun. Xüsusən də 10 min dollardan baha maşın almağa gələnlər. Mənə elə gəlir ki, bunun səbəbi Ermənistanın relyefidir, orada daha güclü mühərriklər işə yarayır”-Ustinov deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.