Azərbaycanlı iş adamının şikayət etdiyi rusiyalı deputat həbs oluna bilər
1-03-2016, 14:13
Rusiya Dövlət Dumasının Kommunist fraksiyasına daxil olan deputat Vladimir Rodin qanun pozuntusunda ittiham olunur.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Avto-Şans XXI vek” ASC-nin rəhbəri, milliyyətcə azərbaycanlı olan rusiyalı iş adamı Miri Uğurluyev hələ 2005-ci ildə deputata məxsus şirkətin onun mülkünü əlindən aldığını deyib.
Onun sözlərinə görə hələ 2005-ci ildə Moskvanın Neverovsk küçəsində yerləşən torpaq sahəsini 30 min dollar qarşılğında Rodinə yaxın olan bir neçə təşkilatdan arendaya götürmüşdü.
Sonradan “Qorod” adlı təşkilatın adından bu razılaşma ləğv olunub.
2012-ci ildə isə Rodinə Yaxın olan “Raşin Konsaltinq” adlı şirkət Neverovsk küçəsindəki daşınmaz əmlakın onlara məxsus olduğunu iddia etməyə başlamışdı.
Daha sonra deputatın şirkəti Moskva polisinin bəzi əməkdaşlarının köməyi ilə həmin əraziyə daxil olaraq bütün sənədlərin Miri Uğurluyevin “Avto-şans XXI vek” şirkətinə məxsus olduğu halda həm əmlakı, həm də buradakı 20 milyon rubl dəyərnidə avadanlığı qanunsuz olaraq ələ keçirmişdilər.
Əmlakını qorumaq istəyərkən isə Miri Uğurluyev armaturla döyülmüşdü.
Rusiya Milli Antikorrupsiya Komitəsi Miri Uğurluyev, onun biznes ortaqları Sergey Aqureyev, Aleksey Potapov və hədə qorxu yolu ilə əmlaklarını itirən daha bir neçə iş adamının şikayəti əsasında araşdırmaya başlayıb.
Faktlar təsdiqini taparsa, Vladimir Rodinin deputat toxunulmazlığı əlindən alınacaq və barəsində cinayət işi açılacaq. Rusiya qanunvericiliyi Dövlət Dumasının deputatlarına biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir.