Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

1-03-2016, 21:23           
Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı
Ukrayna ordusunun baş kəşfiyyat idarəsi Rusiyanın Donbasa hərbi texnika göndərməsi ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, Ukrayna tərəfindən nəzarət olunmayan Novoazovsk buraxılış məntqəsindən 6 zirehli maşın, sursat dolu 4 yük maşını və yanacaq dolduran maşın Donbasa daxil olub.

Luqansk ərazisində isə motoatıcı briqadanın 7 bölməsinin tam silahlandırılması gedir. Bu işlə Rusiya ordusunun polkovniki A.N.Buşuyev məşğul olur. Separatçılar tərəfindən açılan atəşlər də intensivləşib. Qumbaratan və avtomatlardan, 120 mm, 82 mm-lik minaatanlardan 54 dəfə atəş açılıb.

Daha əvvəl Ukrayna kəşfiyyatı Rusiya ordusunun diversantlarının Donbasda öldürüldüyünü bildirmişdi. Onlardan birinin şəxsiyyəti müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.