Həmada Əsədə ağır zərbə 1-03-2016, 23:01 Suriyanın müxalif qruplaşmaları Həma şəhərinin Hirbnafsah qəsəbəsinə girməyə çalışan rejim qüvvələrinə ağır zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə “İslah” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, rus qırıcılarının dəstəyi ilə sözügedən qəsəbəni ələ keçirməyə çalışan Əsəd qüvvələri ağır itkilər verib. Qeyd edək ki, Hirbnafsah qəsəbəsi Həma və Xüms şəhərləri arasında yerləşən strateji nöqtədir. Facebook-da paylaş