Ben Laden sərvətini buna vəsiyyət edibmiş

1-03-2016, 23:27           
Ben Laden sərvətini buna vəsiyyət edibmiş
Əl Qaidə terror təşkilatının lideri Üsamə Ben Laden öz çoxmilyonluq varidatının böyük bir hissəsini radikal islamçıların ideyalarını qəbul etməyənlərə qarşı beynəlxalq mübarizə üçün vəsiyyət edib.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumat “Bir nömrəli terrorçu” sənədlərində yer alıb.

Sözügedən sənədlər 2011-ci ildə Pakistanda Ben Ladenin öldürüldüyü xüsusi əməliyyat zamanı ələ keçirilib.

Verilən məlumata görə, terrorçu sərvətinin 29 milyonunu “Müqəddəs müharibə” üçün ayırıb:

“Mən ümidvaram ki, qardaş və bacılarım mənim vəsiyyətimi yerinə yetirib Sudanda qoyduğum bütün pulları Allah adına cihadda xərcləyəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.