Rövşən Lənkəranskiyə qarşı gedən oyunlarda Ermənistan hakimiyyətinin izi...

1-03-2016, 23:43           
Rövşən Lənkəranskiyə qarşı gedən oyunlarda Ermənistan hakimiyyətinin izi...
“Oğru aləmi”nin nüfuzlu nümayəndələrinin Ermənistan rəhbərliyi ilə əlaqələrinə dair məlumatlar yayılıb

Soçi aeroportunda qayda pozuntusu ilə diqqət çəkən, Ermənistan diplomatik korpusuna aid nömrə nişanlı “Qallenvaqen”in sükanı arxasındakı şəxsin kimliyi gündəmə gəlib. Məlum olub ki, sürücü aeroportda bir neçə kobud qanun pozuntusuna yol verib. Hətta şlaqbaumu qırıb

Maşının sükanı arxasındakı şəxsin avtoritet-biznesmen Ruben Tatulyan olduğu üzə çıxıb. “Robson” ləqəbli bu şəxs kriminal aləmdə nüfuza malikdir və hətta “oğru sxodka”larında dəfələrlə saxlanılıb.

İndi bir çoxlarının onun səfirlik maşının sükanı arxasına necə “düşdüyü” maraqlandırır. İki versiya irəli sürülür. Bunlardan biri odur ki, avtoritet hansısa yolla Ermənistanın Rusiyadakı fəxri konsulu adını almağa müvəffəq olub. Daha əvvəllər onun buna cəhd etdiyi deyilirdi. İkinci versiyaya görə isə, maşındakı 138 D 307 77 RUS nömrə-nişanı saxta olub.

Maraqlıdır ki, görüntülər yanvar ayına aid olsa da, ancaq bir aydan sonra üzə çıxıb. Hadisə ilə bağlı cinayət işi acılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ruben Tatulyan Soçidə tanınmış şəxsdir. Onu iş adamı, ticarət evlərinin sahibi, xeyriyyəçi, idmançıların sponsoru və “oğru aləmi”nin nümayəndəsi kimi tanıyırlar. Robsonun Ded Xasanla çəkilən fotoları internetdə dolaşır. Onu azı iki dəfə “sxodka”da saxlayıblar ki, onlardan da birində Ded Xasandan sonra kriminal aləmin “xaç atası” adına iddialı, Dedin ölümünə görə azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskini günahlandıran və ondan qisas alacağını deyən Şakro Molodoyla bərabər olub. Hətta Rövşən Lənkəranskinin statusunun əlindən alınması üçün İrəvanda keçirilən “sxodka”nın təşəbbüskarlarından birinin də məhz Tatulyan olduğu deyilirdi. Son görüntülər Lənkəranskiyə qarşı İrəvan “sxodka”sına Ermənistan rəhbərliyinin də dəstək verdiyi barədə məlumatları təsdiqləyir.P













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.