Səudiyyəli din aliminə silahlı hücum: Ölənlər və yaralananlar var - Hücumda İran şübhəsi

2-03-2016, 01:17           
Səudiyyəli din aliminə silahlı hücum: Ölənlər və yaralananlar var - Hücumda İran şübhəsi
Səudiyyə Ərəbistanının tanınmış din alimlərindən olan dəvətçi yazar Şeyx Aid əl- Qarniyə silahlı hücum təşkil edilib.

Avropa.info xəbər Əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, Filippinin Zamboanqa şəhərində dini-elimi konfransda çıxış edən Qarniyə silahlı hücum edilib. Hücum nəticəsində din alimi yaralanıb, onunla birlikdə olan insanlardan bəziləri ölüb.Qarni Filippindəki xəstəxanalardan birinə aparılıb.

Hədis elmi sahəsində doktor olan Qarni Azərbaycan dilində tərcüməsi "Kədərlənmə" olan "Lə Tahzen" adlı kitabı ilə diqqət çəkmişdi.

Filippin polisi hadisə ilə əlaqədar çox istiqamətli istintaq aparıldığını bildirib. Filippin mətbuatı isə hadisənin arxasında İranın ola biləcəyi şübhəsinin mövcudluöundan yazıb.

Filippin polisi atəş açan şəxsin yerindəcə öldürüldüyünü bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.