Nyu-Yorkda 12 min COVID ölümünün gizlədildiyi üzə çıxdı

26-08-2021, 07:30           
Nyu-Yorkda 12 min COVID ölümünün gizlədildiyi üzə çıxdı
Nyu-Yorkun qalmaqallı qubernatoru Endryu Kuomonun istefasından sonra onun vəzifəsini icra edən müavini Keti Hoçul ştat ərazisində koronavirusdan ölənlərin sayının 43 400 deyil, 55 400 olduğunu bəyan edib.

O, MSNBC-yə verdiyi müsahibədə hazırda ölüm halları ilə bağlı daha ətraflı məlumatın dərc edildiyini, onların xəstəliyə nəzarət və profilaktika mərkəzlərinin məlumatları ilə üst-üstə düşdüyünü bildirib.

Qeyd edək ki, Endryu Kuomo öz əməkdaşlarına qarşı cinsi zorakılıq və təcavüzdə ittiham olunduğu üçün vəzifəsindən istefa verib. Hazırda sözügədən hallarla bağlı istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru