Yeni Zelandiyada insanlara koronavirus vaksini əvəzinə başqa məhlul vurulub

26-08-2021, 07:52           
Yeni Zelandiyada insanlara koronavirus vaksini əvəzinə başqa məhlul vurulub
Yeni Zelandiyada insanlara koronavirus vaksini əvəzinə natri xlor vurulub.

Bu barədə RNZ məlumat yayıb.

Ölkədə koronavirusa qarşı tədbirlərdən məsul olan nazir Kris Hipkins COVID-19 əleyhinə peyvəndlə bağlı səhvləri etiraf edib.

Səlahiyyətlilər Oklanddakı Haybruk rayonunun Peyvənd Mərkəzində bir gündə 732 iynə vurulduqdan sonra, 12 İyulda “artıq” vaksin flakonlarının orada aşkar edildiyi zaman araşdırma başladıblar. Ehtimal olunur ki, kimlərəsə vaksin əvəzinə natri xlor məhlulu vurulub.

Hipkins təsdiqləyib ki, xəstənin təkrar peyvənd edilməli olduğu zaman azı bir dəfə belə hadisə baş verib, amma başqaları da ola bilər.

Nazirin sözlərinə görə, “insan faktoru” kateqoriyasındakı səhvləri heç vaxt istisna etmək olmaz, amma ümumilikdə ölkədə peyvənd təhlükəsiz və dəqiq şəkildə aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru