Paşinyan müharibədə ölən və itkin düşənlərin sayını açıqladı

26-08-2021, 16:33           
Paşinyan müharibədə ölən və itkin düşənlərin sayını açıqladı
“Ermənistan hakimiyyəti itkin düşənlərin sayını gizlətməyib və gizlətmir”.

“Sputnik Ermənistan” xəbər verir ki, bu sözləri Nikol Paşinyan Ermənistan parlamentində hökumət proqramının müzakirəsi zamanı deyib.

O xatırladıb ki, hərbi qüvvələrin Baş qərarganının məlumatına görə, 44 gün sürən müharibə zamanı 3777 nəfər həlak olub.

Axtarışlar nəticəsində son iki gündə isə bu say 4 nəfər artıb.

Paşinyanın iddiasına görə, ölənlərin 3702 nəfəri hərbçi, 75 nəfər isə mülki şəxslərdir.

Daha 243 nəfər isə itkin düşmüş sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru