“Delta” ştammının nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub

2-09-2021, 07:26           
“Delta” ştammının nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub
Koronavirusun “Delta” ştammının və Çinin “sıfır yoluxma” siyasətinin nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub.

İş və istehsalat aktivliyi indeksləri iqtisadi artımın yavaşladığını göstərir.

İqtisadi artımın yavaşlamasının səbəbi koronavirusun “Delta” ştammının yayılması və Çin hökumətinin onunla mübarizə üçün sərt tədbirləri olub.

Nankin şəhərində Çində il ərzində ən güclü yoluxma qeydə alınandan sonra, hökumət yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün bir sıra həlledici tədbirlər gördü. Şəhərlər bağlandı, hava səyahətləri məhdudlaşdırıldı və ticarət dayandırıldı. Çin hökumətinin “Delta” variantına qarşı mübarizədə aqressiv strategiyası virusun qarşısını almağa və eyni zamanda iqtisadi artımın azalmasına səbəb oldu.

Təchizat zəncirindəki qlobal problemlər vəziyyəti daha da ağırlaşdırıb.

Mütəxəssislər gözləyirlər ki, Çin koronavirusun yayılmasına nəzarət etdiyi üçün vəziyyət sentyabr ayında dəyişəcək.

Mənbə: CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru