Pəncşirdən son görüntülər: “Qırxdan çox “Taliban”çının cəsədi...”

2-09-2021, 17:11           
Pəncşirdən son görüntülər:
“Düşmən Pəncşirin bir hissəsinə girdikləri barədə şayiələr yayıb. Bunlar psixoloji əməliyyat və təbliğatdır”.

Bu sözləri Yenisabah.az-a Əfqanıstanın Milli Müqavimət Cəbhəsindən bildirilib.

“Hər kəsin Pəncşirin bütün keçidləri və girişləri üzərində kontrol sahibi olmasını təmin edirik. Düşmən Cabul-Saracdan Şotula girmək üçün dəfələrlə cəhd edib və hər dəfə uğursuz olub.

Qırxdan çox “Taliban”çının cəsədi, insan haqlarına və müharibə konvensiyalarına uyğun olaraq Gülbahar ağsaqqallarının vasitəçiliyi ilə onlara təhvil verilib.

Düşmən dəf edilib və səhər saatlarından etibarən bu cəbhədə heç bir toqquşma qeydə alınmayıb. Kabildəki xəstəxanalardan verilən məlumata görə, müalicə olunmayan yaralı taliblərin sayı artıb, çünki xəstəxana işçiləri “Taliban” paytaxtı ələ keçirdikdən sonra işə qayıtmayıblar”,-deyə qurumdan bildirilib.

Sayad Həsənli















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru