Paşinyandan Şok - "Artıq Ermənistan üçün Qarabağ yoxdur"

3-09-2021, 00:01           
Paşinyandan Şok -
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan "Bilik günü" münasibətilə Ermənistan ictimaiyyətinə müraciət edib. O, müraciətində nə "arsax", nə də orada yaşayanlar haqqında bir söz deyib. Bu, hazırda Xankəndidə yaşayanların İrəvana heç bir aidiyyətinin olmadığının göstəricisidir. Artıq Ermənistan üçün Dağlıq Qarabağ yoxdur.

Bu barədə "İcmal" verilişinin efirində Ermənistan parlamentinin Elm, təhsil, mədəniyyət işləri üzrə daimi komissiyasının üzvü Lilit Qalstyan bildirib.

“Nikol Paşinyan və parlamentin sədri belə bir mühüm gündə Qarabağa gedə bilməsələr də, Qarabağda yaşayan ermənilərə heç olmasa, nəsə deyə bilərdilər. Lakin İrəvanın heç bir səlahiyyəti olmadığına görə onlar bu barədə heç danışa bilmirlər”, - deyə erməni deputatı qeyd edib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru