Birtaniya Əfqanıstan qonşu ölkələrəinə 40 milyon dollardan artıq yardım edəcək

3-09-2021, 07:47           
Birtaniya Əfqanıstan qonşu ölkələrəinə 40 milyon dollardan artıq yardım edəcək
Brutaniya qaçqınların sığınacaq və sanitar-texniki tikililəri ilə təmin olunması üçün Əfqanıstanın qonşu ölkələrinə 30 milyon funt sterlinq (41,5 milyon dollar) yardım paketi ayıracaq.

Trend xəbər, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, məbləğin 10 milyon funt sterlinqinin (14 milyon dollar) dərhal Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı da daxil olmaqla humanitar təşkilatlara veriləcək. Qalan 20 milyon funt sterlinq (28 milyon dollar), Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstandan qaçan on minlərlə qaçqının ağır yükünü daşıyan bölgə ölkələrinə kömək etməlidir. Yardıma ayrılan ölkələr Pakistan, Tacikistan, İran, Özbəkistan və Türkmənistanddır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.