Titulu ilə yanaşı 1,3 milyondan da imtina etdi

3-09-2021, 19:14           
Titulu ilə yanaşı 1,3 milyondan da imtina etdi
Yaponiya imperatoru Akixitonun nəvəsi, şahzadə Mako adi vətəndaş olan nişanlısı Key Komuro ilə evlənir.
Teref.az axşam.az-a istinadən xəbər verir ki, adi vətəndaşla ailə qurmağa hazırlaşdığı üçün titulunu itirən şahzadə ona verilən 1.3 milyon dollarlıq müavinətdən imtina edib.

Təhsil aldıqları universitetdə tanış olan cütlük evləndikdən sonra ABŞ-a köçəcək.

Makonun ənənəvi rəsmi Şinto toy mərasimi keçirmək istəmədiyi bildirilib. Atası vəliəhd şahzadə Akişino qızının qərarını dəstəklədiyini, ancaq bu mövzuda ictimaiyyətin razılığını almalı olduğunu söyləyib.

Qeyd edək ki, Yapon mətbuatı daha əvvəl evli və aliment ödəyən Komuronun Mako ilə pul qarşılığında evlənmək istədiyini iddia edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru