Rusiya və Çin tarixində bir ilk yaşandı

19-10-2021, 11:59           
Rusiya və Çin tarixində bir ilk yaşandı
Rusiyanın Hərbi-Dəniz Donanmasının və Çinin Hərbi-Dəniz Qüvvələrinin gəmiləri ilk dəfə olaraq Sangar boğazından birgə keçiblər.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, sözügedən boğaz Yaponiyanın Honsyu və Hokkaydo adalarının arasında yerləşir.

Yaponiya Baş nazirinin müavini Yoşihiko İsozaki Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib ki, 5 Rusiya və 5 Çin gəmisi oktyabrın 18-i eyni anda Sakit okean istiqamətində Sanqar boğazından keçiblər.

“İlk dəfədir belə bir hadisə baş verir. Rusiya və Çin gəmilərinin Yaponiya bölgəsində fəaliyyətlərini diqqətlə izləyirik”, - deyə o qeyd edib.

Bununla yanaşı, Yaponiya Müdafiə Nazirliyi gəmilərin keçidinin beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru