Ermənistanda balıqçıların üsyanı: Qubernator təhqir edildi - Video

20-10-2021, 19:15           
Ermənistanda balıqçıların üsyanı:
Ermənistanda balıqçılar İrəvan-Göyçə yolunu bağlayıblar.

Axar.az xəbər verir ki, buna səbəb balıq tutulmasıyla bağlı qoyulan qadağalar olub.

Belə ki, Ermənistanın Ətraf Mühit Nazirliyi apreldən sentyabra qədər göldən balıq tutulması üçün kvota tətbiq edib ki, bu da balıqçı erməniləri razı salmayıb.

Etiraz aksiyasının keçirildiyi yerə Göyçə vilayətinin qubernatoru Karen Sərkisyan gəlib. Sərkisyan etirazçılar qarşısına çıxaraq qərarı Nazirlər Kabinetinin verdiyini və onun buna mane olmaq haqqının olmadığını deyərək, məsuliyyəti üzərindən atıb. Bundan sonra qubernatorun çıxışına imkan verməyən etirazçılarla Sərkisyan arasında qarşıdurma yaşanıb. Sərkisyanın ünvanına müxtəlif təhqirlər səsləndirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru