Bill Qeyts koronovirusla mübarizəyə 120 milyon dollar vəsait ayırdı

21-10-2021, 08:08           
Bill Qeyts koronovirusla mübarizəyə 120 milyon dollar vəsait ayırdı
“Microsoft”un qurucusu, milyarder Bill Qeyts aşağı gəlirli ölkələrə COVID-19-la mübarizə üçün maliyyə yardımı edib.

Belə ki, milyarder əczaçılıq şirkəti “Merck & Co.”nun koronavirusa qarşı istehsal etdiyi həblərin aşağı gəlirli ölkələrə çatdırılması üçün 120 milyon dollara qədər vəsait ayırıb.

“Bu pandemiyaya son qoymaq üçün, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin həyatı xilas edən dərmanlardan istifadəsini təmin etməliyik”, - deyə dünyanın ən böyük xeyriyyəçilik fondlarından biri olan “Bill və Melinda Qeyts Fondu”ndan verilən açıqlamada qeyd olunur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru