Plotnikov: Ukrayna bu qış "90-cı illərə" qayıdacaq

21-10-2021, 09:11           
Plotnikov: Ukrayna bu qış "90-cı illərə" qayıdacaq
Ukraynalı rəsmilərinin ölkənin qışa hazır olması ilə bağlı açıqlamalarına baxmayaraq, yanacaq çatışmazlığı səbəbindən elektrik enerjisinin qıtlığı ilə üzləşə bilərik.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı iqtisad elmləri doktoru Aleksey Plotnikov deyib.

O, ölkədə vəziyyətin olduqca mürəkkəb olduğunu bildirib.

Plotnikovun sözlərinə görə, son illərdə ilk dəfədir ki, hakimiyyət orqanları ilə əhalinin dəyərləndirmələri arasında bu qədər fərq yaranır:

“Hakimiyyət əmin edir ki, qış isti olacaq və resurslar elektrik enerjisi və qızıdırıcıların təminatı üçün kifayət edəcək. Lakin insanlar anlayır ki, elektrik kəsintisi və soyuq batareyalara hazırlaşmaq lazımdır. Bütün bunlar 90-cı illəri xatırladır. Hansı ki, o zaman elektrik enerjisinin verilişində fasilələr olurdu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru