Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

22-10-2021, 08:59           
Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı
Rusiyada koronavirus səbəbiylə ölənlərin sayı bir gündə 1 036 nəfər artaraq (bir gün əvvəl 1 028 nəfər) 227 389-a çatıb.

Şərti ölüm halı (sonuncusu yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.

Xüsusilə, Sankt-Peterburqda gündə 68, Krasnodar vilayətində 41, Nijni Novqorod vilayətində 40, Sverdlovsk vilayətində və Başqırdıstan Respublikasında 36 ölüm hadisəsi qeydə alınıb.

Son sutkada 36 339 nəfər olmaqla ümumi yoluxma sayı 8 131 164-ə çatıb. Bu da yeni maksimumdur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru