İsrail və BƏƏ əməkdaşlıq sazişi imzalayıb - Kosmosun tədqiqi sahəsində

22-10-2021, 08:28           
İsrail və BƏƏ əməkdaşlıq sazişi imzalayıb -
İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 20-də kosmosun tədqiqi sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.

Bu barədə «The Jerusalem Post» nəşri xəbər verib.

İsrailin elm, texnologiya və kosmos üzrə naziri Orit Farkaş və BƏƏ-nin qabaqcıl texnologiyalar üzrə dövlət naziri Sara Əl Əmiri Ümumdünya kosmos həftəsində (Expo 2020, Dubay) saziş imzalayıblar. Bundan əlavə, Ay missiyası üzrə (Bereşit 2 və İsrail-fransız peyki əsasında «Venera») elmi tədqiqatlar üzrə əməkdaşlıq barədə iki başqa saziş də imzalanıb.

«Venera» İsrail-fransız peykinə aid sazişdə digərləri ilə bərabər Yerin resursları, dəqiq əkinçilik, səhralaşma və hövzələrin monitorinqi ilə bağlı təzahürlər öyrəniləcək.

Yeri tam öyrənərək, peyk kənd təsərrüfatını, səhralaşmanı analiz edəcək və su resurslarını və iqlim dəyişməsini monitorinq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru