Myanmada hakimiyyəti ələ keçirən ordu kompromis və dialoq tərəfdarı deyil.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner Burqener deyib.
O, ölkənin vətəndaş müharibəsinə sürükləndiyini bildirib:
“BMT və beynəlxalq ictimaiyyət xunta rejimini tanımaqdan imtina etməlidir. Myanmada demokratiyaya qayıdış və demokratik islahat qapısı bağlanmaq üzrədir”.