İran prezidenti Azərbaycanla sərhədə gəldi

22-10-2021, 12:23           
İran prezidenti Azərbaycanla sərhədə gəldi
İran prezidenti Seyid İbrahim Rəisi bu gün səhər Güney Azərbaycanın Ərdəbil vilayətinə gəlib.

Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, bu səfər prezidentin səkkizinci vilayət turu çərçivəsində gerçəkləşib.

Prezident Seyid İbrahim Rəisini Farsabad Hava Limanında Ərdəbilin imam cüməsi Seyid Həsən Amuli, vilayətin valisi və bir qrup yerli məmur qarşılayıb.

Prezident Rəisini nazirlər müşayiət edir.

İbrahim Rəisinin bu səfər çərçivəsində bəzi layihələrin açılış mərasimində iştirak edəcəyi gözlənilir.
A.Qorxmaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru