Saakaşvilinin adından yeni VİDEO yayıldı

22-10-2021, 18:03           
Saakaşvilinin adından yeni VİDEO yayıldı
Gürcüstanın “İmedi” telekanalı ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin yeni videosunu yayıb.

Redaktor.az xəbər verir ki, video Saakaşvilinin Gürcüstanda içərisində gəldiyi treyler avtomobildə lentə alınıb.

Telekanal videonu sabiq Prezidentin telefonundan paylaşıb. Belə ki, Saakaşvili telefonunda “ehtiyat” video çəkib saxlayıb.

Saakaşvili videoda qaçırıldığını və bunun kim tərəfindən edildiyini bildirmir.

“Bu, qaçırılmadır. Mən bilmirəm, bu, kimə və hansı ölkənin xüsusi xidmət orqanlarına sərfəlidir. Hətta məni hansı istiqamətə apardıqlarını da bilmirəm. Lakin məndə video var. Çox yaxşı gizlətdim, onlar fərqinə varmadılar, görmədilər”, - deyə Saakaşvili videoda deyir.

Telekanalın iddiasına görə, Saakaşvili Gürcüstana gələ bilməyə nail olmadıqda özünün qaçırılması barədə şayiələr yaymağı planlaşdırıb.

Mixail Saakaşvili öz növbəsində barəsində yayılan videoya münasibət bildirib: “Müxtəlif ekzotik yerlərdən təbəssüm etdiyim videoları yaymaqdansa, gürcü xalqı və beynəlxalq ictimaiyyət məndən hər şey barədə həqiqəti eşitsinlər deyə hökumətə məsləhət görürəm və qəti şəkildə tələb edirəm ki, məni məhkəməyə aparsınlar”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru