Britaniya polisi Mançesterdəki terror aktında şübhəli bilinən şəxsi saxlayıb

23-10-2021, 08:20           
Britaniya polisi Mançesterdəki terror aktında şübhəli bilinən şəxsi saxlayıb
Böyük Britaniyada "Mançester Arena" idman kompleksində törədilən terror aktının təşkilində şübhəli bilinən şəxs saxlanılıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 24 yaşlı gənc Mançester hava limanında terror aktlarının hazırlanmasında iştirak etməkdə şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəncin xaricdən İngiltərəyə qayıtdıqdan sonra saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2017-ci il mayın 22-də amerikalı pop müğənni Ariana Qrandenin konserti başa çatdıqdan az sonra "Mançester Arena" idman-konsert kompleksinin çıxışında partlayış baş verib. Partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru