Rusiyadan Taliban sürprizi - Putin şəxsən açıqladı

23-10-2021, 12:35           
Rusiyadan Taliban sürprizi -
Rusiya Talibanı mövcud terror təşkilatları siyahısından çıxarmağı planlaşdırır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən “Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında deyib. O bildirib ki, Rusiya belə bir qərarı təkbaşına vermək istəmir:

“Xatırlayıdınız kimi, Taliban dünya terror təşkilatları siyahısına BMT tərəfindən və BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı ilə daxil edilib. Qara siyahıdan çıxarılması da yenə bu yolla gedilərək təmin edilməlidir. Əfqanıstanda bəlli şərtlər yetişdiyində yenə BMT TŞ-nin toplaşaraq, Talibanı qara siyahıdan çıxarması seçimimiz olacaq. Əfqanıstandakı həqiqətələri gözardı edə bilmərik”,- deyə Putin söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.