İmpiçment proseduru: Baydeni nə gözləyir?

23-10-2021, 16:30           
İmpiçment proseduru: Baydeni nə gözləyir?
Respublikaçı konqresmen Marcori Teylor Qrin ABŞ Prezidenti Co Baydenə impiçment elan edilməsi təklifi ilə çıxış edib.

Cebhe.info-nun məlumatına görə, konqresmen bu mövqeyini prezidentin səlahiyyətlərindən sui-istifadə etməsilə əsaslandırıb.

Bu barədə “The Hill” qəzeti “Twitter” hesabında açıqlama yayıb.

“Mən səlahiyyətlərindən sui-istifadə etdiyinə və oğlu Hanter Baydenə kömək etmək üçün səlahiyyətlərindən istifadə etmək istəyinə görə, Prezident Co Baydenə impiçment haqqında 57 saylı qətnaməni Nümayəndələr Palatasına təqdim etmişəm” - respublikaçı konqresmen belə deyib.

Qrin Baydeni korrupsiyaya əl atmaqda günahlandırıb.

O bildirib ki, ki, Prezidentin oğlu Hanter xidmətlərin göstərilməsi müqabilində başqa ölkələrin vətəndaşlarından hədiyyələr qəbul edib, həmçinin digər ölkələrin daxili və xarici siyasətinə müdaxilə edib.Müşfiq Abdulla












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru