Ermənistanın Ombudsmanı ilə Müdafiə naziri arasında qalmaqal yaşanıb

23-10-2021, 19:09           
Ermənistanın Ombudsmanı ilə Müdafiə naziri arasında qalmaqal yaşanıb
“Müdafiə nazirinin mənimlə öz təşəbbüs göstərdiyi telefon danışığı faktını birtərəfli və təhrif edilmiş sitatla açıqlamasına təəccüblənmişəm”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyan yazıb.

O qeyd edib ki, Ermənistanın insan hüquqları üzrə müvəkkilinin mövqeləri eynidir və zərrə qədər də olsun dəyişməyib.

“Mövzunu bağlanmış hesab edirəm”, - deyə Tatoyan bildirib.

Ermənistanın ombudsmanı Arman Tatoyan ilə müdafiə naziri Arşak Karapetyan arasında qalmaqal yaşanıb. Tatoyan bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı şişirdilmiş hesab etdiyini bildirmişdi. Daha sonra Karapetyan Tatoyanla danışdığı söhbəti təhrif olunmuş formada təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru