Ukrayna NATO-nu Rusiya ilə konfliktə cəlb edəcək - Puşkov
23-10-2021, 16:52
Ukrayna NATO-nu Rusiya ilə hərbi konfliktə cəlb edəcək.
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib. O, NATO siyasətçilərini alyansın müdafiə xarakterli olması haqqında nağıllar danışmağı dayandırmağa çağırıb.
Onun sözlərinə görə, ABŞ çalışır ki, NATO-nu Çinlə mübarizəyə cəlb etsin.