Almaniya XİN-dən Ərdoğana cavab: “Məsləhətləşmə aparırıq“

24-10-2021, 15:25           
Almaniya XİN-dən Ərdoğana cavab: “Məsləhətləşmə aparırıq“
Almaniya XİN Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 ölkənin səfirlərini "persona non-qrata" elan edən bəyanatına münasibət bildirib.

Yenisabah.az “Zeit” nəşrinə istinadən xəbər verir ki, nazirliyinin bəyanatında deyilir:

“Biz Türkiyə prezidenti Ərdoğanın bəyanatlarını nəzərə almışıq".

Xarici İşlər Nazirliyi belə bir tədbirdən təsirlənəcək daha 9 ölkə ilə məsləhətləşmələr aparacaqlarını qeyd edib.

Bundan əvvəl Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə ABŞ da daxil olmaqla, 10 dövlətin səfirlərini "persona non-qrata" elan etməyi tapşırıb.

Bu qərara səbəb diplomatların türkiyəli hüquq müdafiəçisi Osman Kavalanı azad etməyə çağırması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru