Nazir xəbərdarlıq etdi: “Vəziyyət fəlakət həddindədir”

24-10-2021, 16:42           
Nazir xəbərdarlıq etdi:
“Əfqanıstanda vəziyyət fəlakət həddindədir”.

Cebhe.info xəbər verir ki, bunu Tacikistanın müdafiə naziri, general-polkovnik Şirəli Mirzə deyib.

O qeyd edib ki, bu nəticə bir sıra amillərdən irəli gəlir: “Legitim və inklüziv hökumətin olmaması, dövlət hakimiyyətinin fəaliyyət mexanizmləri, eləcə də insan hüquqlarının sistematik şəkildə pozulması. Vəziyyət fəlakət həddinə çatıb”.

Onun sözlərinə görə, bu səbəblərin hamısı ölkənin bölgədə təhlükəsizliyi və sabitliyi təhdid edən beynəlxalq terror yuvasına çevrilməsinə gətirib çıxarır.

Mirzə qeyd edib ki, beynəlxalq koalisiya qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda hərbi-siyasi vəziyyət tamamilə gərginləşib.
Oktyabrın 18 -də Rusiya və Tacikistan “Taliban”ın hakimiyyəti ələ keçirdiyi Əfqanıstandan gələ biləcək mümkün təcavüzü dəf etmək üçün birgə hərbi təlimə başlayıb. KTMT-nin Kollektiv Qüvvələrinin qruplaşması beynəlxalq terrorçuların Tacikistan ərazisinə soxulmaq cəhdləri ilə bağlı sərhəd münaqişəsinin lokallaşdırılması üzrə əməliyyat hazırlayıb.

Xatırladaq ki, 15 avqustda “Taliban” Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan edib. Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra bu vəziyyət yaranıb.

Rəsmi Düşənbə Əfqanıstanda bütün milli azlıqların təmsil olunacağı koalisiya hökumətinin qurulmasını tələb edib və indiki Nazirlər Kabinetini tanımayacağını bildirib. Öz növbəsində, “Taliban” Tacikistanı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.