Əfqanıstanda məvaciblər buğda ilə ödəniləcək 25-10-2021, 08:55 Əfqanıstandakı “Taliban” hökuməti yeni dövlət proqramını təqdim edib.Təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə - buğda ilə ödəniləcək.Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.Mənbə: “RİA Novosti” Facebook-da paylaş