Nigeriya öz rəqəmsal valyutasını istifadəyə verəcək MALİYYƏ

25-10-2021, 08:43           
Nigeriya öz rəqəmsal valyutasını istifadəyə verəcək MALİYYƏ
Nigeriya Prezidenti Məhəmməd Buxari yeni rəqəmsal valyuta "eNaira"nın istifadəyə veriləcəyini açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının press-relizində deyilir.

Qeyd olunur ki, Mərkəzi Bank bir neçə ildir ki, rəqəmsal valyuta yaratmaq imkanlarını araşdırıb. "eNaira" ölkə əhalisinin bütün təbəqələri üçün maliyyə əməliyyatlarını sadələşdirmək üçün nəzərdə tutulub.

Mərkəzi Bank vurğulayıb ki, bütün istifadəçilər, xüsusən də ölkənin kənd yerlərində yaşayan sakinlər və bank hesabı olmayan insanlar üçün sistemin rahat işləməsini təmin etmək üçün tərəfdaşlarla işləməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru