Sudanda hərbçilər nazirləri həbs edib, paytaxta girişi bağlayıblar

25-10-2021, 08:57           
Sudanda hərbçilər nazirləri həbs edib, paytaxta girişi bağlayıblar
Sudanın Xartum ştatında 4 nazir, eləcə də yüksək rütbəli digər məmurlar həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ordu paytaxta bütün girişləri və körpüləri bağlayıb.

Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkənin hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir.

Hərbçilərin Sudanın Baş naziri Abdullah Hamdukun evini mühasirəyə aldığı bildirilir. O, ev dustaqlığına buraxılıb.

Yaxın vaxtlarda ölkənin Suveren Şurasının rəhbəri Abdel Fəttah əl-Burxanın bəyanat verəcəyi gözlənilir. Paytaxtda kütləvi həbslər əl-Burxanın baş nazir Abdullah Hamdukla görüşündən sonra başlayıb.

"Al Arabiya" telekanalı isə ölkənin paytaxtında mobil əlaqə və internetin tamamilə kəsidiyini xəbər verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru