Misirdə yeni paytaxtın adı seçilir - FOTO

26-10-2021, 08:16           
Misirdə yeni paytaxtın adı seçilir - FOTO
Misirdə yeni paytaxtın adının seçiliməsi üzrə müsabiqə elan edilib.

Ən yaxşı ad tapan 50 min Misir funtu (5,4 min manat) mükafat alacaq. Ən yaxşı dizayn üçün isə 100 000 funt (10,8 min manat) mükafat ayrılıb.

Müsabiqə internetdə keçirilir.

Yeni inzibati paytaxt ölkədə həyata keçirilən ən iddialı layihələrdən biridir. Şəhər Qahirədən 50 km kənarda tikilir və 20 milyon əhalisi olan paytaxtın yükünün azaldılması üçün nəzərdə tutulub. Şəhərin ümumi sahəsi 700 kvadrat kilometrdən çoxdur.


Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru