KXDR və Çin dostluq münasibətlərini möhkəmlətməkdə davam edəcək - KİV

26-10-2021, 11:13           
KXDR və Çin dostluq münasibətlərini möhkəmlətməkdə davam edəcək - KİV
Pxenyan və Pekin dostluq münasibətlərini möhkəmləndirməkdə davam edəcək.

Bu barədə «Rodong Sinmun» qəzetində dərc olunmuş məqalədə söhbət açılır.

Məqalə Çin xalq könüllü birləşmələrinin Koreya müharibəsinə (1950-1953) daxil olmasının 71-ci ildönümünə həsr olunub. Xəbəri oktyabrın 25-də TASS agentliyi yayıb.

Nəşrin yazdığı kimi, iki ölkənin «qanla möhürlənmiş dostluğu» ümumi məqsədə doğru gedən nəsillərə ötürüləcək. Yazıda həm də qeyd olunur ki, Çin döyüşçülərinin cəsur fəaliyyəti və tərəddüd etmədən həyatlarından keçən qəhrəmanlığı unudulmaz.

Koreya müharibəsi 1950-ci ilin iyununda başlanıb, 19 oktyabr 1950-ci ildə Çin xalq könüllü qüvvələri Yaluztsuyan sərhəd çayını keçərək, sülh bağlanana qədər (1953) döyüş əməliyyatlarında iştirak ediblər. Döyüşlərdə cəmi 2,9 milyon Çin döyüşçüsü hərəkətə gətirilib, Çin tərəfin rəsmi məlumatına görə, onların 197 653 nəfəri həlak olub.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru