Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi

27-10-2021, 00:08           
Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi
Rusiya Prezidenti Vladimir Putin uruqvaylı müğənni və aktrisa Nataliya Oreyroya Rusiya vətəndaşlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan başqa, sənətçinin 9 yaşlı oğlu Merlin Ataualpa da Rusiya pasportu alıb.

“Vəhşi mələk” serialının ulduzu Nataliya Oreyro Rusiya pasportu almaq arzusunu ilk dəfə 2019-cu ildə İvan Urqantın “Axşam Urqantı” verilişinə qonaq olarkən zarafat kimi dilə gətirib.

O, Rusiya vətəndaşlığı üçün 2020-ci ilin yayında müraciət edib. Bundan sonra prodüser İosif Priqojin uruqvaylı aktrisanın niyə Rusiya pasportu almağa qərar verdiyini izah edib. Onun fikrincə, aktrisanı daha yumşaq vergitutmaları və rusların sentimentallığı cəlb edə bilər.

Natalia Oreyro “Vəhşi mələk”, “Sən mənim həyatımsan”, “Tanqonun ritmində”, “Zəngin və məşhur” seriallarında rol alıb. Sənətçi dəfələrlə Rusiyaya bağlılığını, eləcə də rus dilini öyrəndiyini bəyan edib. Müğənni hitlərinin rusdilli versiyalarını ifa edir, həmçinin 2018-ci ildə Rusiyada keçirilən FIFA dünya kuboku üçün “United by Love” kompozisiyasını üç dildə (ingilis, ispan və rus) yazıb. 2020-ci ildə faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd etmək üçün Natalya Bulat Okudjavanın “Bizə bir qələbə lazımdır” (“Bizim onuncu desant batalyonumuz”) mahnısını ifa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru